“2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten” dərc olunub
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən “2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten” hazırlanıb.
Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə ildə iki dəfə dərc olunur.
Dövlət Borcuna dair Statistik Bülleten hazırlanarkən borc hesabatlılığı üzrə bu sahədəki qabaqcıl təcrübə nəzərə alınıb.
Bülletenlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten