Xəbərlər 13.02.2025 19:05 231

"Uşaq Hüquqları” mövzusunda maarifləndirici təlim təşkil edilib - FOTOLAR

Avropa-Azərbaycan Məktəbində Uşaq Səfirlər Məclisinin üzvləri məktəb şagirdləri üçün “Uşaq Hüquqları” mövzusunda maarifləndirici təlim təşkil ediblər.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaqlara öz hüquqları barədə məlumat vermək və onların bu sahədə biliklərini artırmaq olub. Təlim çərçivəsində şagirdlər uşaq hüquqlarının əsas prinsipləri, o cümlədən fikir, vicdan və din azadlığı, birləşmək hüququ, şəxsi toxunulmazlıq, təhsil və istirahət hüquqları haqqında ətraflı məlumatlandırılıb. Təlim zamanı real nümunələr, interaktiv oyunlar və qrup müzakirələri vasitəsilə uşaqlar öz hüquqlarını daha yaxşı anlamaq imkanı əldə ediblər. Şagirdlər, həmçinin müxtəlif situasiyalara dair simulyasiyalar vasitəsilə hüquqlarının müdafiəsi üçün hansı addımları ata biləcəklərini praktiki şəkildə öyrəniblər.

Məclis üzvləri uşaqların hüquqlarının qorunmasının vacibliyini vurğulayıb, onların cəmiyyətdə fəal iştirak etmələrinin önəmini qeyd ediblər.

Tədbirdə iştirak edən məktəblilər müzakirələrə qoşulub, suallar verərək mövzuya dair biliklərini artırıblar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı