Xəbərlər 18.02.2025 09:24 959

“Qarabağ-Azərbaycandır!” - adlı qrant müsabiqəsi - ELAN

Azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elmi sahələri əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılması, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılması, bölgənin kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsi məqsədilə 2025-ci il üçün "Qarabağ - Azərbaycandır!"-3 qrant müsabiqəsini elan edilib.

 

QHT.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün layihələr 17 fevral-10 aprel 2025-ci il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.

Layihələrin növləri və maliyyələşdirilmə həcmi:
- Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri;
- 200 000 manatadək maliyyə həcmli layihələr.

 

Müsabiqənin keçirilmə müddəti:
 Müsabiqədə iştirak etmək üçün layihələr e-QRANT sistemi ilə onlayn olaraq 2025-
ci il 17 fevral tarixindən başlayaraq qəbul olunur;
 Müsabiqədə iştirak etmək üçün layihələrin e-QRANT sistemi ilə qəbulunun son
tarixi 2025-ci il 10 aprel saat 23:59-dur.
 Çap versiyasının qəbulu üçün son tarix 2025-ci il 11 aprel saat 17.00-dır.

“Qarabağ-Azərbaycandır!”-3 məqsədli qrant müsabiqəsinin keçirilməsi haqqında ətraflı məlumat

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı