Bakıda “ICSEGT 2025” Beynəlxalq Elmi Konfransı keçiriləcək
Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə 29-30 may 2025-ci il tarixlərində Bakıda Scopus bazasında indekslənən "2nd International Conference on Smart Environment and Green Technologies – ICSEGT 2025" adlı beynəlxalq elmi konfrans keçiriləcək.
QHT.az xəbər verir ki, tədbir hibrid formatda – həm fiziki, həm də virtual iştirak imkanı ilə baş tutacaq. Konfransda 30-dan çox ölkədən alim və tədqiqatçının iştirakı gözlənilir. Plenar iclasda çıxış edəcək xarici alimlərin H indeksi 80-140 arasındadır ki, bu da onların elmi nüfuzunun yüksək olduğunu göstərir.
Konfransın əsas müzakirə mövzuları:
-
İqlim dəyişikliyi və qlobal istiləşmə
-
Ağıllı ətraf mühit və ekosistemlər
-
Ekologiya və biomüxtəlifliyin qorunması
-
Bərpa olunan enerji və yaşıl texnologiyalar
-
Ağıllı şəhərlər və infrastrukturlar
-
Süni intellektin ekoloji sahədə tətbiqi
-
Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf
-
Biofizika, biotexnologiya və biotibb sahəsində yeniliklər
-
Sensorlar, robototexnika və ağıllı nəqliyyat sistemləri
-
Kiber-fiziki sistemlər və dəqiq kənd təsərrüfatı
Konfransa qeydiyyat və ətraflı məlumat: icsegt2025.com