“Ən bahalı məhsul beyin məhsuludur” – QHT sədri qeyri-neft sektorunun perspektivlərindən danışdı
QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, 2024-cü ildə ABŞ-ın təbii qaz ixracatı 34 milyard, kömür ixracatı 21 milyard, təhsil xidmətləri isə 56 milyard dollar təşkil edib. Eyni zamanda, elmi tədqiqat və ixtiraların iqtisadi dəyəri 54,5 milyard dollar olub.
Ekspertin sözlərinə görə, 2022–2023-cü illərdə ABŞ-da təhsil alan əcnəbi tələbələrin sayı yerli amerikalılardan 3 dəfə çox olub. Bu göstəricilər bir daha sübut edir ki, qeyri-neft sektorunun inkişafı yalnız istehsal və kənd təsərrüfatı ilə məhdudlaşmır.
“Ən bahalı məhsul beyin məhsuludur. İndiki dövrdə pul ağılla qazanılır,” – deyə Eyyub Kərimli vurğulayıb. O qeyd edib ki, təhsil, elm və ixtira sahələrinin inkişafı iqtisadi dəyər baxımından böyük potensiala malikdir və bu istiqamətlərə yatırımlar gələcək uğurun əsasını təşkil edə bilər.
Pərvanə Fərhadqızı