Xəbərlər 28.05.2025 21:19 168

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə sessiyasına QHT Agentliyi dəvət olunub

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Nyu-Yorkdakı sessiyasına Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəvət olunub.
Azərbaycan Republikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Departament rəhbəri Elnur Bağırlı və qurumun layihələr üzrə meneceri Türkan Ələsgərova ABŞ-ın Nyu-York şəhərində səfərdədir. Heyət BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ali Səviyyəli Komitəsinin 22-ci sessiyasında iştirak edir. Bundan başqa, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (ECOSOC-un) QHT şöbəsində də görüşlər planlaşdırılır. 


Qeyd edək ki, 2025-ci il aprelin 28-29-da Bakıda 116 ölkədən QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platforması təsis olunub. Platformanın təsis konfransında Azərbaycan Milli QHT Forumunun əsas tərəfdaşı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı