QHT sədri: İlham Əliyev riskləri neytrallaşdırmağa nail olan liderlərdəndir

Bu gün "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalandı. İmzalanan bəyannamə ilə bağlı fikirlərini QHT.az-a bildirən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki,  müttəfiqlik haqqında bəyannamə ümumilikdə milli maraqlar baxımından qiymətləndirlməlidir. 

 

“Biz bu bəyannaməyə ancaq ikitərəfli münasibətlər və regionun reallıqları kontekstindən baxmalıyıq. Bu kontekstdə isə zəifləyən Ermənistan – Rusiya münasibətləri fonunda inkişaf edən Azərbaycan – Rusiya münasibətlərini qeyd etmək lazımdır. Zaman və məkanın imkan verdiyi şərtlər altında bu şəraiti niyə də öz xeyrimizə çevirməyək. Rusiya ilə bağlı narahtlıqlarımız var və bu narahatlıqları neytralaşdırmaq istiqamətində fürsətləri də əldən verməməliyik.”

 

 Təşkilat sədrinin sözlərinə görə  Azərbaycan Prezidenti milli maraqları təhdid edə biləcək ən gözlənilməz riskləri belə dəqiq hesablayaraq vaxtında neytrallaşdırmağa nail olan liderlərdəndir: “Milli maraqları təhdid edən təkliflərə qarşı sərt mövqeyini isə dəfələrlə müşahidə etmişik. Biz bütün hallarda milli maraqlarımızla bağlı məsələlərdə sözümüzü deyərək mövqeyimizi bildiririk.

 

Necə ki, bu bəyannamənin son hazırlıqlarının getdiyi bir mərhələdə Prezident İlham Əliyev Ukraynaya səfər etdi. Eyni zamanda "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin 2-ci maddəsinə də xüsusi diqqət etməliyik: Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

 

C. Hüseynzadə bildirib ki, müstəqilliyimizin ilk illərində itirdiklərimiz və bu itkilərin ölkəmizin inkişafına vurduğu zərbələr gözümüzün önündə baş verib: “Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində bizə aid olanları qaytara bildik. Amma dünyanın bu ağır ictimai – siyasi prosesləri fonunda sükunətdə qalmaq heç də uğurlu seçim olmazdı. Xarici siyasət və diplomatiyada reallıqlara uyğun işlək və uğurlu mexanizm qurmaq vacibdir. Azərbaycan məhz bu baxımdan öz siyasətini reallaşdırır.”