Bosniya və Herseqovinada qeyri-qanuni “Serbiya Respublika Günü” qeyd edilib - ÖZƏL

Bütün xəbərdarlıqlara baxmayaraq, Bosniya və Herseqovinada Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilən “Serbiya Respublika Günü” qondarma hərbi paradla qeyd edilib.

QHT.az xəbər verir ki, Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilməsinə baxmayaraq, Bosniya və Herseqovinanın tərkibindəki iki qurumdan biri olan Srpska Respublikası hökuməti paytaxt Sarayevo yaxınlığında polis və zirehli maşınlarla güc göstərilib. Əhalisinin əksəriyyətini bosniyalıların təşkil etdiyi paytaxt Sarayevo və onun qonşusu Şərqi Sarayevoda ilk dəfə bayram tədbirləri keçirilib. “Respublika Günü” adlanan bayram münasibətilə keçirilən bayram və paradda Serb Respublikası Daxili İşlər Nazirliyinin minlərlə polis əməkdaşı iştirak edib. Bosniya və Herseqovina Prezident Şurasının Serb Üzvü Zeljka Cvijanovic, Srpska Respublikasının Prezidenti Milorad Dodik və Serbiyanın xarici işlər naziri İvitsa Daçiç tərəfindən izlənilən parad bu il 6-cı dəfə keçirilib. Srpska Respublikasının inzibati mərkəzi Banya Lukadan kənarda ilk dəfə keçirilən paradda yanğınsöndürənlər və mülki müdafiə dəstələri də iştirak edib. Mərasimdə Serb Respublikasının 500 metrlik bayrağı açılıb.

Mərasimdəki çıxışında Bosniya Serblərinin lideri Milorad Dodik bildirib ki, bəzi beynəlxalq ictimaiyyətin və Bosniya və Herseqovina Federasiyasının etirazına baxmayaraq, 9 Yanvarın Srpska Respublikasının yarandığı gün olduğuna heç bir şübhə yoxdur.