Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində Tvinninq Metodologiyası (həmkar təcrübəsi mübadiləsi)

“Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində qadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi sahəsində çalışan qurumlar arasında həmkar təcrübəsi mübadiləsini təşviq etmək üçün İstanbul Konvensiyası kimi tanınan Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyasına  əsaslanan yeni vəsait hazırlanmışdır.

Bu nəşr qabaqcıl və ya ümidverici təcrübələr haqqında həmkar mübadilələrini təşviq etmək və qadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi sahəsində qanunvericiliyi və siyasəti təkmilləşdirmək üçün praktik addımlar irəli sürür.

Bu vəsait İstanbul Konvensiyasının ratifikasiyası prosesi ilə bağlı harada olmasından asılı olmayaraq, hər bir ölkənin istifadəsi üçün uyğundur – vəsait qadınlara qarşı zorakılığın qarşısının alınması və ona qarşı daha yaxşı mübarizə aparmaq və öz ərazisində qadınların hüquqlarını qorumaq istəyən hər bir üzv dövləti dəstəkləyəcək təcrübələri təşviq edir.

Nəşri  buradan oxuya bilərsiniz .

Bu nəşr Avropa İttifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində  maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanmışdır.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.