Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi Türkiyə xalqına başsağlığı verib

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

Sayın Cahit Bağcıya

 Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və geniş əraziləri əhatə etmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, insanların yaralanması, güclü dağıntıların olması xəbəri bizi olduqca kədərləndirdi. Bu ağır və çətin zamanda həmişə türk qardaşlarımızla bir yerdəyik.

 

Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi, əlilliyi olan şəxslərimiz adından faciə ilə əlaqədar həlak olanların ailələrinə, yaxınlarına, türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Dağıntılar altında qalanların tezliklə xilas edilməsini və zəlzələnin nəticələrinin aradan qaldırılmasını arzulayırıq.

 

Allah rəhmət eləsin!

Davud RƏHİMLİ

Əlil Təşkilatları İttifaqının sədri