Avropanın zəlzələ xəritəsi: Ən riskli ölkələr hansılardır?
Türkiyənin Kahramanmaraş və Hatay başda olmaqla 10 vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam edir.
Türkiyə və qonşuları tarix boyu ən böyük zəlzələlərin yaşandığı bölgələr sırasındadır.
Avropada zəlzələ riski ən çox hansı ölkələrdir? Hansı ölkələr zəlzələ zolağındadır?
QHT.az-ın araşdırmasına görə, Avropa Zəlzələ Təhlükəsi və Risk Obyektləri (EFEHR) tərəfindən nəşr olunan xəritələr Avropadakı zəlzələlərin hərtərəfli qiymətləndirilməsini təmin edir. Onlardan biri təhlükəni göstərən “pik yer sürətlənməsi (PGA” xəritəsidir). PGA zəlzələlərin təsirinin araşdırılmasında və zəlzələ təhlükəsinin təhlilində istifadə olunur.
Avropa Aralıq dənizi Seysmik Təhlükə Modelinin (ESHM-2020) PGA xəritəsinə əsasən, Avropada ən yüksək zəlzələ təhlükəsi olan ölkələr Rumıniya, Yunanıstan, İtaliya və Albaniya ilə yanaşı, Türkiyədir. PGA dəyəri nə qədər yüksək olarsa, təhlükə bir o qədər çox olar.
Təhlükə xəritədə göstərildiyi kimi ağdan mavi, yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyə qədər artır. Türkiyədə Egey və Aralıq dənizi sahillərində təhlükə ölçüsü bənövşəyi rəngə qədər çatır. Bu, ən yüksək təhlükəni göstərir.
Fransa, Almaniya və İngiltərədə zəlzələ təhlükəsi yoxdur
EFEHR-nin xəritəsinə görə, Fransa, İngiltərə və Almaniyada zəlzələ riski demək olar ki, yoxdur. Yenə də PGA dəyəri Hollandiya və Skandinaviya ölkələrində olduqca aşağıdır.
Avropa Aralıq dənizi Seysmik Təhlükə Modelinin (ESHM-2020) xəritəsi L. Danciu və digər alimlər tərəfindən hazırlanmışdır.