Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini insanlığa xidmət etməklə yad edirik-Şəbnəm Dadaşova

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirildi.

 

2023-cü il Heydər Əliyev ili elan olunub. Artıq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi biri-birindən maraqlı tədbirlərə start verib.

 

QHT.az  xəbər verir ki, bu sözləri “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı vurğualyıb. O, qeyd edir ki, son iki tədbir, QHT-lərin Naxçıvan səfəri və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində ağacəkmə aksiyası maraqlı məqamlarla yadda qaldı. Ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirildi.Aksiyada Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, agentliyin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak etdilər.

 

Aksiyada Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 3 hektar əraziyə 2 mindən çox Eldar şamı, zeytun ağacları əkildi.

 

Ulu Öndər Heydər Əliyev çıxışlarından birində qeyd edirdi ki, “əgər bir ağac kəsilirsə, elə bilirəm mənim balamın başı kəsilir.” Hər məsələdə çox diqqətcil olan ulu öndərin indi ruhu şaddır. Çünki son illər ekologiyanın korlanması və iqlim dəyişiklikləri elə bil insanlara qarşı müharibə elan edib. Xilas yollarından biri yaşıllıqların çoxaldılmasıdır. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini məhz insanlığa xidmət edən belə aksiyalarla yad etmək olar. Ruhunuz şad olsun, ulu öndər! Hörmətlə anırıq!!!