İsveçrə parlamenti Ukraynaya silahların təkrar ixracına icazə verməkdən imtina edib - ÖZƏL

İsveçrə Federal Məclisi Ukraynaya hərbi yardım göstərmək üçün İsveçrədən silahların təkrar ixracına qoyulan qadağaya yenidən baxılması təşəbbüsünü rədd edib.

QHT.az xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilib.

Bu qərar 23 lehinə, 18 əleyhinə olmaqla, ikisi bitərəf olmaqla qəbul edilib.

Martın 6-da İsveçrə Federal Məclisi ölkədəki “Leopard 2” tanklarının bəzilərinin utilizasiya oluna biləcəyini açıqlayıb.

Ümumilikdə, hazırda İsveçrənin sərəncamında 96 Leopard 2 tankı var.

Fevralın 23-də Almaniyanın müdafiə naziri Boris Pistorius və iqtisadiyyat naziri Robert Habek bu tanklardan bəzilərinin alınması təklifi ilə İsveçrə hakimiyyətinə müraciət ediblər.