Şəhid Elvin Məlikovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnfrastruktur Mərkəzinin direktoru Azər Məmmədov Bakının Ramana qəsəbəsində şəhid Elvin Məlikovun ailəsini ziyarət edib. 

 

44 günlük Vətən müharibəsində şücaətlər göstərən Elvin Məlikov Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 

Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində 3 otaqlı mənzillə təmin olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib və ailə digər sosial dəstək tədbirləri ilə əhatə olunub.

 

Görüşdə şəhid Elvin Məlikovun haqq savaşımızda göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimiz kimi, Elvin Məlikovun da xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı, ailəsinin bundan sonra da həmişə qayğı ilə əhatə olunacağı diqqətə çatdırılıb.