"Sağlam ailə - sağlam cəmiyyət” adlı layihə Şirvan şəhərində baş tutacaq 

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi həyata keçirdiyi “Sağlam ailə - sağlam cəmiyyət” adlı layihə çərçivəsində Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində seminar təşkil etmişdir.

   Seminarda Şirvan şəhər 9 və10 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri və müəllimləri, ümumilikdə 21 nəfər iştirak etmişlər.      

  Layihənin rəhbəri Ə. Mirzəyev tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədləri, həyata keçiriləcək fəaliyyətlər, əldə olunacaq nailiyyətlər və s. barədə məlumat verdi. O, öz çıxışında gənclər arasında saglam ailə dəyərləri, milli və mənəvi dəyərlər haqqında gənclərə məlumat verdi və gənc ailələrə dəstək üçün dövlətin həyata keçirdiyi layihələrdən, proqramlardan danışdı. Qeyd olundu ki, dövlət orqanlarının çox ciddi tədbirlərinə baxmayaraq dağılan ailələr, boşanmalar, ailələrdə qarşılıqlı münasibətlərin gərginləşməsi, zorakılıq hallarına hələ də rast gəlirik.

 Mövzu ətrafında müzakirələrdə 9 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Gülnamə Quliyeva, həmin məktəbin müəllimi Raziyyə Əliyeva, 10 saylı məktəbin müəllimi İlnur Xudiyev və digərləri fəal iştirak etmişlər.

Seminarda qeyd olunmuşdur ki, Şirvan gəncləri öz aktivliyi, vətənpərvərliyi ilə həmişə seçilmişlər. Gənclərimiz Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edərkən arxa cəbhədə onların yüksək dəyərlərə malik ailələri həmişə mətanətlə səbr nümayiş etdirmişlər.

     

 Layihə may ayına qədər davam edəcəkdir.

 

     Hörmətlə,

     Əli Mirzəyev,

     Layihə rəhbəri