Qaz limiti ləğv edilsin - Parlamentdə vacib təklif

Əhalinin qaz limiti ilə bağlı narahatlığı var. Mart ayı olmasına baxmayaraq, vətəndaşlar qaz limitini artıq keçiblər.

 

QHT. az  Axar.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

 

“Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Bundan başqa, sosial evlərdə mərkəzləşdirilmiş istixana sistemi yoxdur”, - deyə Naqif Həmzəyev bildirib.

 

Deputat həmçinin sürücülərin sığorta xidmətinə görə məbləği almaqda çətinlik çəkdiklərini söyləyib:

 

“Sağlamlıqla bağlı arayışların ödənişli olması narahatlıq doğurur. Arayışlar hər kəs üçün əlçatan olmaıdır”.