Təbriklər, ADU!

QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2023) açıqlanıb. QHT. az  Moderator.az-a istinadən  xəbər verir ki, reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib.

QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.

 

Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub.

 

Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.

 

Qiymətləndirmə zamanı 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamının və 99 000-dən çox qlobal işəgötürənlərin səsi nəzərə alınıb.