Müvəkkil Hüquq Mərkəzi ehtiyatda olan polis-polkovniki Ənvər Quliyevi fəxri diplomla təltif edib
Müvəkkil Hüquq Mərkəzi ehtiyatda olan polis-polkovniki Ənvər Quliyevi fəxri diplomla təltif edib.
Bu barədə mərkəzin sədri hüquqşünas Səməd Vəkilov QHT.az-a məlumat verib. S.Vəkilov bildirib ki, Müvəkkil Hüquq Mərkəzinin İdarə Heyətinin 17 mart 2023-cü il tarixli Qərarı ilə polis-polkovniki Ənvər Quliyev Azərbaycan Respublikasında ictimai asayişin qorunmasında, dövlətçiliyimizin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, Quliyev Ənvər Məhəmmədəli oğlu 25 mart 1953-cü ildə Bərdə rayonu İmirli kəndində anadan olub. O, əslən Şərur-Dərələyəz mahalının Qozulca kəndindəndir. İmirli kənd orta məktəbindən orta təhsilini başa vurduqdan sonra 1971/1976-cı illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Peşə fəaliyyətinə 1976-cı ildə Ucar Rayon Polis Şöbəsində müstəntiq kimi başlayıb. Qısa müddətdən sonra Ucar Rayonunda rəis müavini, rəis vəzifəsinə təyin edilib. 1984/1990-cı illərdə Ucar rayonunda rəis vəzifəsini daşıyıb. 1990/1992-ci illərdə Bərdə Rayon Polis Şöbəsinin rəisi, 1993-cü ildə DİN-də şöbə müdiri, 1994-cü ildə Qusar rayonundə polis rəisi, 1995/2001-ci illərdə isə Sümqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışmışıdr. Sonrada yenidən Ucar rayon polis şöbəsinin rəisi vəzifəsində şalışmışdır. Çox sayda medal və ordenlə təltif edilmişdir.
Müstəqilliyimizin ilk illərində dövlətçiliyinin təməllərinin sarsılmasına yönəlik cinayətkar fəaliyyətin intensiv xarakter aldığı dövrlərdə polkovnik Ənvər Quliyev bu cinayətkar qrupların zərərsizləşdirlməsində müstəsna fəaliyyəti olmuşdur.
Bu gün polkovnik Ənvər Quliyevin 70 yaşı tamam olur. Yubiliyarı doğum günü münasibəti ilə ürəkdın təbrik edirik.