QHT sədri xanımını da itirdi

“Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynliyə ağır itki üz verib.

QHT.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, onun həyat yoldaşı Təranə xanım vəfat edib. Bu barədə sosial şəbəkədə QHT sədrinin yaxınları məlumat yayıb.

Xatırladaq ki, bir neçə il öncə H.Hüseynlinin qızı Lalə Xəzər dənizində boğularaq dünyasını dəyişmişdi.