Belçika XİN: “Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”

“Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”.

 

QHT. az bildirir ki, bu barədə “Trend”ə açıqlamasında Belçika Xarici İşlər Nazirliyinin mətbuat katibi Nikolas Firens Gevert deyib.

 

“Belçika şirkəti Naxçıvanda günəş enerjisinin inkişafına təşəbbüs göstərib. Bu sahədə əməkdaşlıq davam etməkdədir. Yaşıl hidrogen sahəsində layihələrin işlənməsi də Belçikanın xarici tərəfdaşlarla əməkdaşlıq siyasətində prioritet istiqamət təşkil edir”, - o qeyd edib.

 

Onun sözlərinə görə, Belçika Azərbaycanda müxtəlif sahələrdə bir sıra layihələrin reallaşdırılmasında maraqlıdır.

 

“Özəl sektor Belçikanın açıq iqtisadiyyatında və xarici ticarətində mühüm iştirakçıdır. Flandriya İnvestisiya və Ticarət Agentliyi, həmçinin Valloniya İxrac və İnvestisiya Agentliyi ikitərəfli xarici ticarətə köməklik məqsədilə ötən ilin noyabr ayında Azərbaycana ticari missiya göndərib”, - Gevert əlavə edib.