Müşahidə Şurasının üzvü AMEA Rəyasət Heyətinin Fəxri Diplomu ilə təltif olunub - FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında 27 Mart – Elm gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan Həmkarlar İtttifaqı Konfederasiyasının, ANAMA-nın rəhbərliyi, millət vəkilləri və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda təltifetmə mərasimi baş tutub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli tərəfinfən AMEA Rəyasət Heyətinin Fəxri Diplomu ilə təltif olunub.