II Respublika Şahmat Turnirinə qeydiyyat davam edir

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Dövlət Sosial Müdafiə Fondunun pensiya və sosial müavinət alan şəxslər arasında təşkil etdiyi II Respublika Şahmat Turnirinə qeydiyyat davam edir. Turnirdə iştirak etmək üçün çoxsaylı müraciətlər nəzərə alınaraq qeydiyyat prosesi daha 10 gün müddətinə uzadılır.

Qeyd edək ki, artıq 1.000 nəfərdən çox benefisiar qeydiyyatdan keçib və qeydiyyat prosesi aprelin 11-dək davam edəcək.

Dövlət Sosial Müdafiə Fondunun turnirdə iştirak etmək istəyən yaşı 50-dən yuxarı olan pensiya və sosial müavinət alan benefisiarları şəxsi məlumatlarını DSMF-nin regional filialları və qəbul şöbələrinə yaxınlaşaraq, eləcə də 142 – Çağrı Mərkəzinə zəng edərək təqdim etməklə qeydiyyatdan keçə bilərlər.