Masallı pəhləvanı ölkə çempionudur

Masallı pəhləvanı ölkə çempionudur

Sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçirilir.
Bu gün, yarışların ikinci günündə sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Zəfər Əliyev uğurlu nəticə göstərməyə müvəffəq olub. Belə ki, o, keçirdiyi üç görüşün hər birində rəqibi üzərində inamlı qələbə (10:0, 10:0, 11:0) çalaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  
Məlumat üçün bildirək ki, Zəfər Əliyev Masallı rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir.

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü