Jurnalistlər üçün müsabiqə -  Mükafat 1000 manat

JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ ELANI

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi jurnalistlər arasında "Azərbaycanda məişət zorakılığı: problemlər  və həlli yolları" mövzusunda məqalə müsabiqəsi elan edir. 
 

QHT.az xəbər verir ki, müsabiqənin məqsədi məişət zorakılığına qarşı mübarizədə jurnalistlərin rolunun güclənməsinə və  məlumatlılığının artmasına nail olmaqdır.


Müsabiqədə iştirak etmək istəyən şəxslər 15 aprel - 15 may 2023-cü il müddətində dərc olunmuş məqalənin on-line variantının linkini, əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını, əlaqə telefonları və e-mailləri, özləri haqqında qısa məlumatla birlikdə [email protected]  e-mail ünvanına göndərməlidirlər.

E-mailin mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.
 

Müsabiqənin şərtləri:
•    Məqalələrin həcmi 10 min işarədən çox olmamalıdır;
•    Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan dilində olmalıdır;
•    Hər bir iştirakçı müsabiqədə yalnız bir məqalə ilə iştirak edə bilər;
•    Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır;
•    Məqalə 15 aprel - 15 may 2023-cü il müddətində dərc edilməlidir;
•    Məqalənin sonunda müəllifin adı və bu qeyd yazılmalıdır: “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.

 

Qiymətləndirmə meyarları:
Müsabiqəyə tədim olunan məqalələr münsiflər heyəti tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
•    Məqalədə real hadisə və faktlara istinad edilməlidir;
•    Problemin yaranma səbəblərinin təhlili və onun həllinə kömək edəcək mexanizmlər  təqdim olunmalıdır;
•    Material mövzunu dolğun əhatə etməlidir;
•    Araşdırma keyfiyyətli olmalıdır;
•    Məqalə peşəkar səviyyədə yazılmalı və orijinal sərlövhə ilə diqqəti cəlb etməlidir;
•    Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması, maksimum çox oxucuya çatdırılması arzuolunandır.   

 

 Qaliblər aşağıdakı şəkildə mükafatlandırılacaq:
1-ci yerin qalibi - 1000 AZN;
2-ci yerin qalibi - 800 AZN;
3-cü yerin qalibi - 700 AZN

 

Müsabiqə ilə bağlı əlavə məlumatlar üçün 050 322 58 08 nömrəsinə müraciət etmək olar.
Qaliblərin adları 25 may 2023-cü il tarixədək açıqlanacaq.