Mediasiya ödənişləri sahəsində işlər təkminləşdirilir

Mediasiya Şurası ilə Paşa Pay arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediatorlar və mediasiya təşkilatları ödənişlər ilə bağlı “MilliÖn” terminallarında fiziki formada və “MilliÖn.az” elektron portaldan istifadə edə biləcəklər.

 

QHT. az  Rezonans.az-a istinadən  xəbər verir ki, mediatorlar üzvlük haqqı ödənişlərini, vətəndaşlar isə ilkin və tam mediasiya sessiyası ilə bağlı mediasiya xərclərini “MilliÖn” terminalları, elektron formada isə “MilliÖn.az” elektportal üzərindən həyata keçirə biləcəklər.

 

Mediator və mediasiya təşkilatlarının fəaliyyətini daha operativ etmək və eynilə də vətəndaşlar məmnunluğunun artırılması məqsədilə atılan bu addımda istər mediator və mediasiya təşkilatları, istərsə də vətəndaşların ödəniş vasitələrinə əlçatımlılığı təmin edəcəkdir.

Qeyd edək, Mediasiya Şurası üzvlük haqları və Bakı şəhəri üzrə fəaliyyət göstərən - Bakı 2 saylı mediasiya təşkilatı, Bakı 9 Saylı Mediasiya Təşkilatı, Bakı 10 saylı Mediasiya Təşkilatı , Regionlar üzrə hələki Gəncə 2 saylı Mediasiya Təşkilatı Milli Ön terminalı və elektron portal vasitəsi ilə ödənişləri qəbul edəcək.

Yaxın zamanda digər mediasiya təşkilatlarıda inteqrasiya ediləcək.

MilliÖn vasitəsilə Mediasiya Şurasına üzvlük haqqı ödənişi etmək üçün:

1. million.az saytına daxil olun;

2. → “Bütün xidmətlər”

3. → “Mediasiya xidməti”

4. → “Mediasiya Şurasına üzvlük haqqı”

5. Ad, soyad, ata adı və FİN/mediator VÖEN qeyd edin;

6. → İrəli

7. Plastik kartın növü və məbləği daxil edin;

8. → İrəli

9. Kart məlumatlarını daxil edin;

10. → Ödə

 

MilliÖn vasitəsilə hər hansı mediasiya təşkilatına mediasiya xərci ödənişi etmək üçün:

1. million.az saytına daxil olun;

2. → “Bütün xidmətlər”

3. → “Mediasiya xidməti”

4. Müraciət edilən təşkilatı seçin;

5. Ad, soyad, ata adı; FİN və iş nömrəsini qeyd edin;

6. → İrəli

7. Plastik kartın növü və məbləği daxil edin;

8. → İrəli

9. Kart məlumatlarını daxil edin;

10. → Ödə