Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Fatma Səttarovanı ziyarət edib

QHT. az  Veteran.gov.az-a istinadən  xəbər verir ki, 10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrayıl İsgəndərov və Zaur İbrahimov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarovanı faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə təbrik edən Müşahidə Şurasının üzvləri Respublika Veteranlar Təşkilatına fəaliyyətlərində uğurlar arzulayıblar. 

 

 

Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da iştirak edib. Qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, diqqətlərinə görə onlara öz təşəkkürünü bildirib.

 

 

Görüşdə həmçinin gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.