Türkiyədə seçkilərin nəticəsi... - Rusiyadan reaksiya

Rusiya ümid edir ki, Türkiyə prezident və parlament seçkilərinin nəticələrinə görə Rusiya üçün proqnozlaşdırılan qonşu olaraq qalacaq.

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin deyib.

"Bizim üçün ən vacib şey Türkiyənin Rusiya üçün konstruktiv və proqnozlaşdırıla bilən qonşu olaraq qalacağına ümid etməyimizdir. Bu, hər iki ölkə üçün vacibdir", - Karasin bildirib.

Qeyd edək ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.