Dövlət Sosial Müdafiə Fondu Tovuz rayonunda ictimai dinləmə keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Tovuz rayonunda ictimai dinləmə keçirib.

 

Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətlərindən bəhs olunub, sosial təminat sistemində, habelə ünvanlı dövlət sosial yardımının təyin olunmasında tətbiq olunan yeniliklər diqqətə çatdırılıb.

 

Bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər qeyd edilib.

 

Fondun nümayəndələri ünvanlı dövlət sosial yardımı ilə bağlı təqdimatlarla çıxış ediblər.

 

Həmçinin ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn qaydalar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.