Büdcə xərcləri 10% artırılır – Nazir

Dövlət büdcəsi xərclərinin 10% artırılması nəzərdə tutulur.

 

QHT. az   Axar.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

O qeyd edib ki, bununla yanaşı dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərcləri də optimallaşdırılacaq və əlavə maliyyə təminatı yaradılacaq:

 

“Cari ilin ilk 5 ayında Dövlət Neft Fondundan transferti nəzərə almasaq, dövlət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Dövlət büdcəsinin artırılan əsas xərcləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək”.