Şuşada beynəlxalq konfrans işinə başladı

Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik" mövzusunda beynəlxalq tədbir işə başlayıb.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, tədbirdə 30-a yaxın sabiq dövlət və hökumət başçısı iştirak edir.

 

Tədbirin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx təqdim olunub.