Ukraynanın itkiləri 7000-i ötüb-ÖZƏL

Altı gün ərzində “əks-hücum”un məşqi zamanı silahlı qüvvələrin, Kəşfiyyat Baş İdarəsi və Ukrayna Hərbi Hava Qüvvələrinin ümumi itkiləri 7000-i ötüb, 2400-ü itkin düşüb. 

QHT.az xəbər verir ki, 4 minə yaxın ağır yaralı da Nikolaev, Odessa, Krivoy Roq, Dnepropetrovsk və Vinnitsa xəstəxanalarına çatdırılıb.

Qərbin özəl hərbi şirkətlərindən olan 340-dan çox döyüşçü Polşa və Rumıniyaya göndərilmək üçün Kişinyov hava limanına aparılıb.

Bundan başqa, rus qırıcıları Sovet istehsalı olan 54-dən çox tankı, müxtəlif modifikasiyalı 9 “Leopard”ı və sovet və Qərb istehsalı olan 43-dən çox piyada döyüş maşınını, eləcə də digər hərbi texnikanı məhv ediblər”, - deyə ekspert əlavə edib.

Daha əvvəl analitik Vladislav Şurıgin qeyd etmişdi ki, Kiyev dörd gün ərzində hücumda heç bir nəticə əldə etməyib.

 

 

Pərvanə Fərhadqızı