Bıçaqla uşaqlara hücum edən şəxsin görüntüləri-VİDEO

Fransanın cənub-şərqindəki Annesi kommunası yaxınlığında  göl kənarındakı parkda qanlı hadisə baş verib. Belə ki, saqqallı kişi əlində bıçaqla uşaq meydançasının yanındakı parkda qaçaraq gördüyü hər kəsə şiddət göstərib. O, dördü uşaq olmaqla altı nəfəri yaralamağa müvəffəq olub. İki uşaq və bir böyük qətlə yetirib.

QHT.az xəbər verir ki, ətrafdakı insanlar bunun nə baş verdiyini anlamayıblar. Kişinin uşaqları öldürməyə çalışdığı məlum olanda yoldan keçən bir neçə nəfər onu ərazidən uzaqlaşdıra bilib. O, yoldan keçənlərdən qaçaraq yaşlı kişi ilə qarşılaşaraq ona xəsarət yetirmək istəsə də, hadisə yerinə gələn polis əməkdaşları atəş açaraq cinayətkarı saxlayıblar.

Suriya əsilli olan, 1991-ci il təvəllüdlü, xristianlığı qəbul edən, qaçqın statuslu İsveçdən Fransaya gəldiyi məlum olub. Həyat yoldaşı və uşağı ilə bu ölkədə yaşayan cinayətkarı bu pis əmələ nə sövq etdiyi hələ də bəlli deyil.

 

Pərvanə Fərhadqızı