Vitse-spiker Adil Əliyev Boccia İdman Federasiyasını ziyarət edib - FOTO

Milli Məclisin sədr müavini Adil Əliyev Boccia İdman Federasiyasını ziyarət edərək, idmançılarla görüşüb.
 

QHT.az xəbər verir ki, iyunun 8-də Milli Məclisin sədr müavini Azərbaycan Boccia Federasiyasının atletləri ilə görüşüb. Görüşdə federasiyanın prezidenti Vüqar Behbudov, vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov, məşqçi və assistent heyəti və boccia atletləri iştirak ediblər. Səmimi söhbət əsnasında A.Əliyev idmançıların ürək sözlərini dinləyib, onlara avqust ayında iştirak edəcəkləri Avropa oyunlarında uğurlar arzulayıb.

Gələcək yarışlar ətrafında geniş söhbət aparıldıqdan sonra kollektiv şəkil çəkdirilib.