Bulvar ərzisində “18 iyun – Atalar Günü münasibətilə” tədbir keçirilib

Dənizkənarı Bulvar ərzisində “18 iyun – Atalar Günü münasibətilə” tədbir keçirilib.

QHT.az xəbər verir ki, gənc oğlan və kişilərə məsuliyyətli atalıq və gender-əsaslı cins seçimi mövzularında maarifləndirici bukletlər paylanılıb. Tədbirin keçirilməsində məqsəd ataların övlada qayğı və qulluq işlərində yaxından iştirakını təşviq etməkdir.

Məlumat üçün bildirək ki, Amerikada Vilyam Smart adlı bir ailə başçısı olub. Vilyamın həyat yoldaşı 6-cı uşağı dünyaya gətirərkən vəfat edir. Vilyam bir daha evlənməyərək altı uşağı təkbaşına böyüdür.

1910-cu ildə Vilyamın Dodd adlı qızının təşəbbüsü ilə ABŞ-da ilk dəfə ATALAR GÜNÜ qeyd edilir. Üstündən 56 il keçdikdən sonra, 1966-cı ildə ATALAR GÜNÜ rəsmi bayram kimi elan olunur.

 

 

Pərvanə Fərhadqızı