"Milli komandamız Avropa çempionatında iştirak edəcək" - Dünya və Avropa çempionu
"Hal-hazırda Azərbaycan Savat Federasiyası gənclərdən ibarət yığma komandası 1 baş məşqçi, 4 idmançı ilə Sloveniyada dünya çempionatındadır. 20 iyulda Xorvatiyada böyüklərdən ibarət yığma komanda Savat döyüş növünün Kombat versiyasında dünya çempionatında güclərini sınayacaqlar. Avqust ayında da böyüklərdən ibarət yığma komandamızı daha bir sınaq gözləyir. Belə ki, Xorvatiya daha bir yarışa ev sahibliyi edəcək. Böyüklərdən ibarət milli komandamız Asso versiyasında Avropa çempionatında da iştirak edəcəklər. Bu yarışlarda yer tutan idmançılarımız Dünya oyunlarına dəvət olunacaqlar".- bu sözləri Azərbaycan Savat Federasiyası Hakimlər Kollegiyasının sədri, Dünya və Avropa çempionu Hikmət Xəlilov QHT.az -a açıqlamasında bildirib.
O, qeyd edib ki, bütün bu hazırlıqlar Azərbaycan Savat Federasiyasının Prezidenti, idman xadimi, əməkdar məşqçi Rafiq Əliyevin nəzarətindədir. Hikmət Xəlilov onu da qeyd edib ki, idmançılarımız yarışa tam məsuliyyətlə hazırlaşırlar.
Pərvanə Fərhadqızı