Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Hindistandan başqa bütün ölkələr dəstəkləyir

Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan Çinin “Bir kəmər - bir yol” İnvestisiya və Ticarət Təşəbbüsünü dəstəkləyir. 

QHT.az xəbər verir ki, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası və Özbəkistan Respublikası “Çin Kəmər və Yol” Təşəbbüsünü dəstəklədiklərini bir daha təsdiq edərək, “Kəmər və Yol” təşəbbüsünün birgə həyata keçirilməsi üzrə aparılan işləri qeyd edirlər.

“Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə Çin prezidenti Si Cinpin tərəfindən irəli sürülüb və simvolik olaraq qədim İpək Yolunu yenidən yaradır. Onun məqsədi Çinin Mərkəzi Asiya, Yaxın Şərq, Avropa, Afrika və digər regionların bazarlarına daxil olması, eləcə də daha çox ölkənin iştirakı ilə beynəlxalq ticarət və investisiya layihələrini aktivləşdirmək və maraqlı olan ölkələrin kapitalından istifadə etməkdir. Artıq 150-dən çox ölkə və beynəlxalq təşkilat bu təşəbbüsə qoşulub.

 

Pərvanə Fərhadqızı