Dişlədikləri adamı necə seçirlər?
Yay aylarının ən böyük problemlərindən biri də ağcaqanadlardır. Xülasə, evdə televizora baxarkən, gecə yatarkən, açıq havada gəzərkən və ya sevdiklərimizlə piknikdə olarkən hər an, hər yerdə ağcaqanad dişləməsinə məruz qala bilərik.
QHT.az xəbər verir ki, ağcaqanadlar malyariya, qızdırma və başqa virus yaydıqları üçün digər heyvanlardan daha çox insan ölümünə səbəb ola bilər. Bəs onlar dişlədikləri adamı necə seçirlər?
Ağcaqanadlar tez-tez nektarla qidalanır və hətta çiçəklərin tozlanmasına kömək edir. Bununla belə, yumurta istehsal etməyə hazırlaşan dişilər əlavə protein yeməyinə-qana ehtiyac duyurlar. Dişi ağcaqanadların yumurta istehsal etmə vaxtı gəldikdə, tezliklə ana olacaqları üçün qan içərək əlavə protein almalıdırlar. Ağcaqanad dişləyəndə, əslində, ağız hissələrini dərimizə daxil edir və qan damarı tapmaq üçün dərini yoxlayır. Ağcaqanad axtardığını tapa bildikdə, qırmızı qan hüceyrələrini və plazmanı sanki bir saman vasitəsi ilə qazlı içki içirmiş kimi sorur. Bəzi insanların həqiqətən də ağcaqanad maqnitlərinə sahib olduğunu məlum olub. Dünya alimlərinin kəşfinə görə, qoxunun tərkibindən asılı olaraq ağcaqanadlar hər bir fərdə fərqli reaksiyalar verə bilər. Onlar birini digərlərindən daha cəlbedici hesab edirlərsə, o zaman hücuma keçirlər.
Pərvanə Fərhadqızı