Ədliyyə Nazirliyinin kadr korpusunun möhkəməndirilməsi tədbirləri çərçivəsində yerli qurumlarda vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı davam edən müsabiqə üzrə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 11-də növbəti qrup namizədlərlə test imtahanı keçirilib.
Test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin təxminən yarısı bölgələrin təmsilçiləri və əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlardır, hər üç nəfərdən biri isə qadınlardır.
123 namizədin iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.
İmtahanın nəticələrinə görə 63 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Xatırladırıq ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.
Eyni zamanda bildirilir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqə üzrə hazırda ərizələr qəbul edilir və müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Əlavə informasiyanı nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 11 iyul 2023-cü il tarixdə keçirilən
test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı
№
Soyadı , adı , atasının adı
1.Abasov Ülvi Şükür oğlu
2.Abbasova Zeynəb Eyvaz qızı
3.Abdinli Beyrək Sabir oğlu
4.Abdullayev Abdulla Camal oğlu
5.Abdullayev Cəlal Rövşən oğlu
6.Abdullayev Əsgər Vəli oğlu
7.Ağayeva Bəsti Əmirulla qızı
8.Ağazadə Mirsahib Şamil oğlu
9.Alməmmədov Nəriman Əli oğlu
10.Bayramova Cahan Yalcın qızı
11.Bədəlova Yeganə Vaqif qızı
12.Camalzadə Nərgiz İlqar qızı
13.Dadaşov Orxan Adil oğlu
14.Əhmədov Şəhriyar Fikrət oğlu
15.Əhmədov Ziya İldırım oğlu
16.Əkbərova İlahə Təhməz qızı
17.Ələkbərova Xədicə Fuad qızı
18.Əliyev Elməddin Fizuli oğlu
19.Əliyeva Aynurə İltifat qızı
20.Əliyeva Ayşən İlqar qızı
21.Əsədli Günel Mehdi qızı
22.Əsədov Fərhad İlham oğlu
23.Fərəcullayeva Əfsanə Həbib qızı
24.Həsənov İlqar İmdat oğlu
25.Həsənova Səma Qalib qızı
26.Hümbətova Könül Şakir qızı
27.Hüseynova Aytən Avtandil qızı
28.Hüseynova Müjgan Nizami qızı
29.Hüseynova Sevinc Şükran qızı
30.Xanəhmədov Kamil Mübariz oğlu
31.İbrahimova Aysel Boris qızı
32.İslamov Tamerlan Cəlil oğlu
33.İsmayılova Gülnar Səməd qızı
34.Qasımov Altay Azad oğlu
35.Qasımov Elnur Əmən oğlu
36.Qasımov Fariz Şahin oğlu
37.Qasımova Şəbnəm Şərafət qızı
38.Qubadov Xəyal Böyükxan oğlu
39.Quluzadə Jalə Vadət qızı
40.Məmmədli Kəbirə Hüseyn qızı
41.Məmmədov Asəf Səyyaf oğlu
42.Məmmədov Orxan Oruc oğlu
43.Məmmədov Rəşad Fərhad oğlu
44.Məmmədov Ruslan Fehruz oğlu
45.Məmmədov Yavər Canbulat oğlu
46.Məmmədova İlkanə Bəylər qızı
47.Məmmədova Nərgiz Elxan qızı
48.Məmmədova Ülviyyə Sahib qızı
49.Mikayılov Tural Nizami oğlu
50.Musayeva Cəmilə Nurəddin qızı
51.Mustafayev Ramil Namiq oğlu
52.Muxtarlı Günay Cahangir qızı
53.Nuriyev Hikmət Müslüm oğlu
54.Oruclu Rüstəm Əfqan oğlu
55.Rəhimov Musa Baxşeyiş oğlu
56.Rüstəmova Zərqələm Yasin qızı
57.Səmədov Məkan İslam oğlu
58.Süleymanlı Nərgiz Natiq qızı
59.Süleymanov Tahir Mehman oğlu
60.Şəmsiyeva Kəmalə Azad qızı
61.Şükürova Xəyalə Əhəd qızı
62.Şükürzadə Nazir Əzizulla oğlu
63.Zeynalov Arif Akif oğlu