Xalq artistinin doğum günüdür 

Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Məhəmməd Səfanın doğum günüdür.

QHT.az xəbər verir ki, Məmməd Səfa 1960-cı ilin bu günü Dəvəçi şəhərində anadan olub. 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında işləyib. Hazırda Yuğ Teatrının aktyoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Professsordur. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

QHT.az Vətəndaş Cəmiyyəti adından aktyoru təbrik edirik. Bu yeni yaşında sağlamlıq, məmnuniyyət və uğurlar arzulayırıq.

 

Pərvanə Fərhadqızı