Hüquqşünas əlavə məzuniyyətin verilməsi məsləsinə toxunub
"Bəzi müəssisələrdə Əmək Məcəlləsinin 115-ci maddəsində (əmək şəraitinə və əmək funksiyasının xüsusiyy-nə görə verilən əlavə məzuniyyətlər) və 116-cı (əmək stajına görə əlavə məzuniyyətlər) olan əlavə məzuniyyət hüquqları olduqda, onların əsas ödənişli məzuniyyətlərinə115 və 116-cı maddələrdə olan əlavə məzuniyyətlər deyil, bu maddələrin yalnız birində göstərilən əlavə məzuniyyət günləri əlavə edilir".
QHT.az xəbər verir ki, bu sözlər hüquqşünas Azər Quliyev bildirib. O, hesab edir ki, işçilərə əlavə məzuniyyətin bu qaydada verlməsi AR Əmək Məcələsinin tələblərinə ziddir: "Qüvvədə olan normativ hüquqi aktlara əsasən, əlavə məzuniyyət hüququ bu qaydada tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115, 116 və 136-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarına əsasən, əlavə məzuniyyət hüququ bu qaydada tənzimlənir və aşağıdakı qaydada verilməlidir".
Hüquqşünas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalı olduğunu bildirib: "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsi: əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsi Əmək Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız bu Məcəllənin 115 və 116 - cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir".
Azər Quliyev həmçinin qeyd edib ki, Konstitusiya Məhkəməsinin 17. 06. 2003- cü il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq işçiyə əsas məzuniyyət yalnız Əmək Məcəlləsinin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir: "Bu maddənin ikinci hissəsinə əsasən isə işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə, həm də əmək stajına görə əlavə məzuniyyət hüququ olduqda toplanaraq birlikdə verilməlidir. AR-nın Əmək Məcəlləsinə və Konstitusiya Məhkəməsinn qərarına əsasən,işçinin Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir".
Hüquqşünasın sözlərinə görə işçinin bu Məcəllənin 115 və 116-cı maddələri üzrə əlavə məzuniyyət hüquqları yarandıqda, bu zaman hər 2 maddə üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir: "Yalnız, bir maddə üzrə, məsələn, Əmək Məcəlləsinin 116-cı maddəsi üzrə: əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 2 əlavə məzuniyyət hüququ olduqda, bir maddə üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Əmək Məcəlləsinin 115 və 116-cı maddələri üzrə isə işçinin əlavə məzuniyyət hüququ olarsa, onun əsas məzuniyyətinə bu maddələrdə nəzərdə tutulan daha çox müddətli bir əlavə məzuniyyətləri cəmlənərək birlikdə verilməlidir".
Pərvanə Fərhadqızı