Çində bir neçə nazir qəfildən işdən çıxarılıb

Çində strateji raket qüvvələrinin rəhbərliyi dayandırılıb və korrupsiya faktı ilə bağlı araşdırma aparılır.

QHT.az xəbər verir ki, Çinin mərkəzi antikorrupsiya qurumları nüvə qüvvələrinin hazırkı komandiri Li Yuçao, həmçinin onun keçmiş və indiki müavinləri barəsində araşdırma aparır. İstintaqın mart ayında Çinin müdafiə naziri dəyişdikdən az sonra başladığı deyilir. Si Cinpinin başlatdığı və 10 ildən artıqdır davam edən antikorrupsiya kampaniyası əsasən orduda korrupsiyanın aradan qaldırılmasına yönəlib. Pekində hətta bir anda korrupsiyaya qarşı mübarizədə 100-dən çox general cəzalandırılıb.

 

Pərvanə Fərhadqızı