Bu film deyil, qadın qaçırmaq üçün inanılmaz planlar hazırladı - DƏHŞƏT/ FOTOLAR

ABŞ-da adı açıqlanmayan qadının qaçırıldığı iddiası ilə polisə şikayət etməsi qan donduran hadisəni ortaya çıxarıb. 

QHT.az xəbər verir ki, 29 yaşlı təcavüzkarın evinə basqın zamanı qaçırılan qadınların əsir saxlandığı müvəqqəti kamera olduğu halda, şübhəlinin tikməyi planlaşdırdığı səs keçirməyən zindanın eskizi də ələ keçirilib. Hadisə bu gün ABŞ-da ən isti mövzuya çevrildi, qurbanlar üçün internet saytı yaradıb, şübhəlinin 10 ştatda oxşar cinayətlərdə əli ola bilər.

Evli və bir uşaq atası olan 29 yaşlı Neqasi Zuberi iyul ayında adı açıqlanmayan bir qadının qaçırıldığını, girov götürüldüyünü və cinsi təcavüzə məruz qaldığını iddia edərək şikayət etdikdən sonra həbs edilib. Təhlükəsizlik qüvvələri şübhəlinin Cənubi Oreqondakı evinə getdi və burada şikayətçi qadının söylədiklərinə tam uyğun gələn müvəqqəti kamera tapıblar. Qadınları həbs edəcəyi zindan üçün ürpərtici öz əlyazma material siyahısını da hazırlayıb. ABŞ son 10 ildə 10 fərqli ştatla əlaqəsi olan Zuberinin əlavə hücumlarda iştirak edə biləcəyinə inanır. Bu ştatlara Kaliforniya, Vaşinqton, Oreqon, Kolorado, Yuta, Florida, Nyu-York, Nyu-Cersi, Alabama və Nevada daxildir.

Məhkəmə və polis qeydləri göstərir ki, 29 yaşlı Zuberi əvvəllər uşaqlarının anasına hücum etmək, mübahisə etdiyi insanlara zorakılıq etmək və pis kirayəçi olmaq kimi cinayətlərə görə hüquq-mühafizə orqanlarının radarına düşüb. Zuberi indi Nevada ştatında dəmir barmaqlıqlar arxasındadır və Oreqona ekstradisiyasını gözləyir.

 

Pərvanə Fərhadqızı