Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi məqsədilə SEMİNAR keçirilib - FOTOLAR

“Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində seminar keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

QHT.az- a xəbər verir ki, Beyləqan rayonunda təşkil olunan seminarda tərəfdaş qrumlar, Şəhid və qazi anaları, veteranlar və psixoloqlar iştirak ediblər. Seminarda iştirak edən layihə rəhbəri Xəlil Süleymanov bildirib ki, sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan qadınların məlumat bazası hazırlanıb: "Onlara təcrübəli mütəxəssislər tərəfindən psixoloji dəstək  və  motivasiya xarakterli görüşlər təkil ediləcək”.

Qeyd edək ki, növbəti günlərdə seminarlar Füzuli və Ağdam rayonlarında da  həyata keçiriləcəkdir.

 

Pərvanə Fərhadqızı