"Azərbaycanlı tələbələr Rusiyanın ali məktəblərində təhsil almaq üçün yola düşüb" - QHT sədri

Dünən Azərbaycanlı tələbələrin böyük qrupunu Rusiya Federasiyasının ən mötəbər ali məktəblərinə bilik və elm əldə etmək üçün yola düşüb. Proqram çərçivəsində yalnız bu il 300-ə yaxın Azərbaycanlı gəncin Rusiya büdcəsi hesabına Rusiyanın ən güclü, mövqeləşmiş ali məktəblərinə tədrisə göndərilməsi üçûn kvota nəzərdə tutulub.

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədovun sözlərinə görə, proqramda gənclərimizin hətta stipendiyalarla və yataqxana yerləri ilə təminatı nəzərdə tutulub: “Tədbirdə Rusiya Federasiyasının ölkəmizə yeni təyin edilmiş səfiri Mixail Yevdokimovla çox məzmunlu görüşüm oldu. Sevindirici haldır ki, yeni səfir ölkəmizdəki səfir fəaliyyətinə belə nəcib və pozitiv tədbirlə başladı. Etiraf edim ki, bu nəcib işdə iştirakıma, müəyyən roluma və xidmətlərimə görə çox məmnun oldum”.

 

Pərvanə Fərhadqızı