Alternativ hesabatların hazırlanması üçün konsultasiyalar keçirilib - FOTOLAR
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq hər qrupda 3 təşkilat, hər təşkilatdan 2 nəfər olmaqla 5 qrup üçün alternativ hesabatların hazırlanması üçün konsultasiyalar keçirilib.
QHT.az xəbər verir ki, konsultasiyalarda cəmi 26 nəfər iştirak edib. 23 qadın, 3 kişi, 12 əlilliyi olan şəxs, 5 nəfər əlilliyi olan şəxs valideyni. Hüquqşünas- ekspert Sahib Məmmədov tərəfindən iştirakçılara alternativ hesabatların mövzusu, hazırlanma strukturu, metodologiyası, monitorinqlərin aparılması, məlumatların toplanması qaydaları haqqında məlumat verilmişdir. Konsultasiyalar hər qrup üçün bir gün olmaqla 14 - 22 iyul tarixlərində Əlil Təşkilatları İttifaqının offisində keçirilib. Hər qrup Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvesiyanın bir maddəsinə uyğun mövzu seçmiş və həmin mövzu üzərində alternativ hesabatı strukturlaşdırmağa və məlumatların toplanılmasına başlanıb.
Avqust ayının 15-nə kimi müddətdə təşkil olunmuş online şəbəkə vasitəsilə məsləhətləşmələr davam edib, təşkilat nümayəndələrinin sualları cavablandırılıb. Avqustun 15-də keçirilən bir günlük seminarda Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iştirakçılara layihə əsasında görülmüş və nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib. Hüquqşünas-ekspert Sahib Məmmədov və təlimçi Telman Yolçiyev bir daha BMT-nin saziş qrumları, alternativ hesabatlar və onların hazırlanması qaydaları haqqında məlumatı xatırladıblar.
Bundan sonra 5 qrupun hər biri alternativ hesabatların hazırlanma qaydalarına dair təqdimatlar ediblər. Olunan təqdimatlara ekspertlər rəy və təkliflərini bildirib, benefisiarları maraqlandıran suallara cavab veriblər. Seminarın sonunda növbəti mərhələdə görüləcək işlərin qrafiki dəqiqləşdirilib.
Qeyd edək ki, bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir.
Pərvanə Fərhadqızı