Pakistanda dəhşətli qəza, ölən və yaralananlar var
Pakistanın Pəncab əyalətinin Hafizabad əyalətində dünən Kəraçi ilə İslamabad arasında hərəkət edən Sərnişin Avtobusu yanacaq çəlləkləri daşıyan yük maşınına çırpılıb, yanğın nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb.
QHT.az xəbər verir ki, yaralıların sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparıldığı, 3 nəfərin vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Pərvanə Fərhadqızı