Dəhşət: beton döşəməyə zəncirlənmiş, boynunda asma kilidli qadın xilas olundu
ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində evin döşəməsinə zəncirlənmiş vəziyyətdə saxlanılan köməksiz qadın tapılıb.
QHT.az xəbər verir ki, qonşuların qışqırdığını bildirdikdən sonra hadisə yerinə gedən Louisville Metropoliteninin Polis məmurları evə qapı və pəncərələrdən girib, dağınıq və çirkli yataq otağına girən polislər qarşılarında gördükləri mənzərədən şoka düşüblər. Təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan qadının boynunda asma qıfıl olub və qıfıldan tutduğu zəncir vintlərlə yerə bərkidilib. Zənciri balta ilə qıraraq qıfılı kəsiblər. Polisi görəndə göz yaşlarına boğulan çarəsiz qadın boynundakı kilidin açarının harada olduğunu bilmədiyini, onu qaçıran şəxsin gizləndiyini bildirib.

Evin qarışıqlığında balta tapan iki məmur onu sakitləşdirməyə çalışaraq zənciri yerdən çıxarıb və ona kömək ediblər. Hadisə yerinə çağırılan yanğınsöndürənlər də qadının boynundakı qıfılı kəsərək açıblar. Bu müddət ərzində ağlamağa və titrəməyə davam edən qadına təcili tibbi yardım göstərilib.

Qadının xilas edilməsindən iki gün sonra şübhəli 36 yaşlı Moises Meyin həbs olunub. Onun məlumatına görə, qadının ondan ayrılmaq istəyini həzm edə bilməyib, əşyalarını almaq üçün evə gələn qadını tələyə salaraq zəncirlə bağlayıb. Sonra mobil telefonunu götürərək ona şiddət göstərdiyi bildirilib.
Qeyd edək ki, qadının xilas edilməsi görüntüləri bu gün ABŞ mətbuatında böyük əks-səda doğurub.
Pərvanə Fərhadqızı