Bu gün qəhrəman şəhidimiz Cahan Məmmədzadənin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən QHT.az- a bildirilib ki, Cahan Məmmədzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Dərin ehtiramla yad edirik! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı