"Bu gün o korrupsiya qalmaqalına görə dünya mətbuatının gündəmindədir"- Millət vəkili
"Bu Senator Bob Menendezdir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri. O, Azərbaycanda və eləcə də Ermənistanda çox "məşhurdur". Səbəb mütəmadi olaraq Azərbaycana qarşı qərəzli çıxışlarıdır".
QHT.az xəbər verir ki, bu sözləri Millət vəkili Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, onun erməni əslilli həyat yoldaşı cəmi bir gündə 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb: "Bu gün o məhz korrupsiya qalmaqalına görə dünya mətbuatının gündəmindədir. Maskalar cırılır. Bu fakt, ABŞ, Kanada və Avropa İttifaqındakı anti- Azərbaycan siyasətçilərin fəaliyyətlərinin araşdırmasını bir daha gündəmə gətirir".
Pərvanə Fərhadqızı