18-25 yaşda qızlar arasında İT, kompyüter elmlərinin təbliği üçün təlimlər keçiriləcək

İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi tərəfindən “Qızlar- Texnologiyalar  İnnovasiyalar Akademiyası” adlı layihə həyata keçirilir.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi qızlar arasında İT, mühəndislik, kompyüter elmləri, data analitik  kimi ixtisasları təbliğ və təşviq etməkdən, bu istiqamət üzrə karyera qurmaq istəyən 18-25 yaşarası qızların istəklərinə təkan verməkdən ibarətdir. Layihə çərçivəsində Qobustan rayonunda ixtisas seçimi mərhələsində olan qızların İT sahəsində marağının formalaşması, bu sahədə biliklərin əldə olnması üçün “Qızlar  Texnologiya   İnnovasiyalar Akademiyası “ adlı əyani təlimlərin təşkil  olunması nəzərdə tutulur. Bu təlimlərdə onlar seçdiyi ixtisasla bağlı  mühəndis,   robottexnika , proqramlaşdırma,  data analitik , İT və digər bu kimi sahələrlə bağlı məlumat alacaqlar ki, bu da onlarda adı çəkilən sahələrə marağın artmasına şərait yaradacaqdır.        

Qeyd edək ki, layihə çərçivəsində həmçinin “İxtisasını rəqəmsal  texnologiyalarda seç” adlı platforma- sayt yaradılacaqdır ki, bu da ixtisasını lT sahəsində seçmək istəyən  qızlara, xüsusilə şagirdlərə bu ixtisasları seçdikdən sonra peşəkar kadr kimi formalaşmaları üçün hansı addımlar atmalı olmaları ilə bağlı dəstək olacaqdır. Təlimlərin keçirilməsi sentyabr ayında nəzərdə tutulur.

 

Pərvanə Fərhadqızı